Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edildi – FOTO  

Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edildi – FOTO  

Hazırda oxunan: Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edildi – FOTO  

165548

Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Energetika Nazirliyindən bildiriib. 

Məlumata görə, xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib. 

Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib. 

Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin “yaşıl enerji dəhlizi” layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO