Bakıda yağış, rayonlarda qar yağıb – FAKTİKİ HAVA  

Bakıda yağış, rayonlarda qar yağıb – FAKTİKİ HAVA  

Hazırda oxunan: Bakıda yağış, rayonlarda qar yağıb – FAKTİKİ HAVA  

164840

Noyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış, Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 22 m/s, Mingəçevirdə 21 m/s, Zərdab, Ceyrançöldə 18 m/s, Astara, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO