Noyabrın 13-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində Krallığın Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə tərəflər Azərbaycan ilə Mərakeş arasında ikitərəfli, habelə çoxtərəfli platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq perpektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
İkitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək yüksək qiymətləndirilib.
Hörmət və etimada əsaslanan parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi əminliklə qeyd olunub, bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfər mübadilələrinin əhəmiyyəti vurğulanıb.
Ölkələrimiz arasında ikitərəfli qanunvericilik bazasının inkişafının, səfər çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit və digər istiqamətlərdə imzalanmış müqavilələrin ikitərəflü münasibətlərə müsbət töhfə verəcəyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın uzun illər ərzində ölkəmizin ərazilərini işğal altında saxlaması, post-münaqişə dövründə bölgədə vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:49 / 13.11.2023
Azərbaycan ilə Mərakeş arasında regional və beynəlxalq məsələlər müzakirə edilib - FOTO
Hazırda oxunan: Azərbaycan ilə Mərakeş arasında regional və beynəlxalq məsələlər müzakirə edilib - FOTO
Hazırda oxunan: Azərbaycan ilə Mərakeş arasında regional və beynəlxalq məsələlər müzakirə edilib - FOTO
164245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.