Azərbaycanlı futbolçu 30 yaşında karyerasını BAŞA VURDU 

Azərbaycanlı futbolçu 30 yaşında karyerasını BAŞA VURDU 

Hazırda oxunan: Azərbaycanlı futbolçu 30 yaşında karyerasını BAŞA VURDU 

164236

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.  

Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə "Facebook" hesabında paylaşım edib.

Vüqar Bəybalayev "Bakı"nın yetirməsidir. O, karyerası ərzində "Turan Tovuz", "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt", "Səbail", "Televi" (Gürcüstan) və "Sumqayıt"da çıxış edib. Təcrübəli orta xətt oyunçusu son olaraq I Liqa təmsilçisi "İrəvan"ın formasını geyinib. 

Bəybalayevin paylaşımını diqqətinizə çatdırırıq: 

"Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!  

Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydanlardan ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq. 

Bu yolda oynadığım komandadan asılı olmayaraq bu günə kimi mənə dəstək olan azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!" 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO