Xuraman:

Xuraman: "Müəllimim məni qaçqın adlandırıb, məktəbdən qovulmağımı istəyirdi" - VİDEO

Hazırda oxunan: Xuraman: "Müəllimim məni qaçqın adlandırıb, məktəbdən qovulmağımı istəyirdi" - VİDEO

163803

"Bəzən aşağılandığımız günləri boynumuza almaq istəmirik. Hətta məktəbdə müəlliməm məni aşağılamışdı. Demişdir ki, "Qaçqın da qışda məktəbə "basanojka" ilə gələr?"... O məktəbdə təhsil müdirəsi idi. Onun 38 yaşı vardı. O zamanlar isə mən 5-ci sinifdə oxuyurdum. Bu sözü deyən bir müəllimdir. Müəllim sözünü də ucuşlaşdırmaq istəmirəm. Çünki o qəlbimi ağır dərəcədə qırıb".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi bildirib ki, müəlliməsi onu 11 -ci sinifə kimi qaçqın adlandıraraq, məktəbdən qovulmasını istəyib: 

"O müəllimə məni bütün sinfin içində aşağılamışdı. O, düz 11-ci sinfə kimi məni aşağıladı, məndən əl çəkmədi. Çalışırdı ki, məktəbdən çıxım və ya qovulum. İncəsənət gimnaziyasında təhsil alırdım. Çox istedadlı bir uşaq idim. Oxuduğum 4 əsər "Qızıl fond"a salınıb. Ulu öndərimizin qarşısında oxuyurdum.

Hər zaman məndə bir əyər-əskiklik axtarırdı. Hər yerdə məcburi köçkün olduğumu söyləyib, məni aşağılayırdı. Allah onu bağışlasın. Şuşa alınandan sonra yenidən o hisslər qayıtdı...

Çünki istər-istəməz o günlərə qayıdırsan. Sanki lent kimi yaşadıqlarım gözümün önündən keçdi. Mən travmalarımı basdırdığıma görə həmin müəlliməni bağışlamışam. Bilirəm ki, həmin müəllimənin həyatında ağır günlər olub. Əlaqəm onunla yoxdur. Düşünürəm ki, o qadın məni anlamalı idi. Bir uşaq əgər "basanojka" ilə məktəbə gedirsə və valideyinlərindən ayrı məktəbin yataqxanasında qalırsa, gör nə vəziyyətdədir ki, elə bir ayaqqabı geyinib".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO