“Ermənilərdən ehtiyat edirik, sorğu-sualsız yox edəcəklər” – Anastasiya Lavrina

“Ermənilərdən ehtiyat edirik, sorğu-sualsız yox edəcəklər” – Anastasiya Lavrina

Hazırda oxunan: “Ermənilərdən ehtiyat edirik, sorğu-sualsız yox edəcəklər” – Anastasiya Lavrina

16359

Rusiyanın bir sıra mədəniyyət xadimi YUNESKO-ya müraciət edib. Müraciət edən mədəniyyət xadimləri Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin YUNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsini istəyiblər.  

Rusiyalı mədəniyyət xadimlərinin Azərbaycana deyil, birbaşa YUNESKO-ya müraciəti ciddi müzakirələr yaradıb və ölkəmizə qarşı qərəz kimi qiymətləndirilib. 

Qeyd edək ki, müraciətə cavab olaraq Mədəniyyət naziri Anar Kərimov dərhal məsələyə münasibət bildirib. Daha sonra Azərbaycandakı dini konfesiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat yayıblar. 

Siyasi icmalçı, Azərbaycandakı Rus icmasının sədr müavini Anastasiya Lavrina İctimai TV-də “Sabaha saxlamayaq” verilişində məsələyə münasibət bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda Azərbaycanla bağlı sorğu keçirildi: “İstəmirəm nə qonşu, nə qohum olsunlar”- VİDEO


O, Azərbaycanda yaşayan 120 min rusun Ermənistandakı Azərbaycan və rus mədəni irsinin taleyindən narahatlığını ifadə edib:

“Təəssüf ki, bir çox beynəlxalq qurumlarda ikili standart hökm sürür. Hansı ki, həmin qurum rəhbərləri Azərbaycan hökumətindən verilən bəyanatlara əhəmiyyət vermirlər. Onlar ermənilərin, xüsusilə Rusiyada yaşayan ermənilərin fikirləri ilə hesablaşırlar.

Çünki dünyada erməni lobbisi daha güclüdür. Ermənilər dünyaya yayır ki, Azərbaycan xristian məbədlərini dağıdır. Lakin Azərbaycan YUNESKO başqa olmaqla bütün beynəlxalq təşkilatlara tarixi və dini irsi necə qoruduqlarını göstərir.

İSESKO, Rusiya Dumasının ekspertləri azad olunmuş yerlərdə ermənilərin törətdikləri vəhşilikləri, məscidlərin və qədim alban kilsələrinin dağıdılmasını, hətta özününküləşdirilməsini görəndə dəhşətə gəlirlər. Beynəlxalq təşkilatlara müraciət edib, bildirirlər ki, günahkarlar mütləq cəzalanmalıdır”. 

Anastasiya Lavrina ermənilərin ruslara münasibətinə də toxunub:

“Ermənilər rusları sevdiklərini üzdə göstərsələr də, hər çıxışda bizi xəyanətkar sayırlar. Rus dilinə qadağa qoyulur, Gümrüdə olan rus hərbi bazasının bağlanması tələb edilir, rus bayraqları yandırılır və telekanallarımız məhdudlaşdırılır.

Son vaxtlar vəziyyətin qeyri-stabil olduğunu görürük və ehtiyat edirik ki, onlar sorğu-sualsız xristian məbədlərini və Azərbaycan tarixi abidələri yox edəcəklər.

Bu yaxınlarda onlar Qarabağda rus birliyini meydana çıxarıblar. Halbuki Qarabaqda 30 il ərzində heç vaxt rus birliyi olmayıb. Çünki ermənilər rusları etnik təmizləmə siyasəti zamanı məcburən Qarabaq ərazisindən çıxarıblar.

Çıxarılan ruslar hazırda Azərbaycan və Rusiyada yaşayırlar. Hər zaman dünyada monoetnik mənsubiyyəti ilə lovğalanan Ermənistan indi YUNESKO və dünya ictimaiyyəti qarşısında öz vəhşiliklərini ört-basdır etmək üçün bu cür çirkin yollara əl atırlar.

Beynəlxalq hüquq qarşısında öz vandallıqlarını boyunlarına almaqdansa, Azərbaycanı xristian məbədlərini dağıtmaqda günahlandırırlar”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO