Bakının mərkəzi küçəsi İŞIQLANDIRILMIR - Aidiyyəti qurumlar isə “bizlik deyil” DEYİRLƏR – FOTO 

Bakının mərkəzi küçəsi İŞIQLANDIRILMIR - Aidiyyəti qurumlar isə “bizlik deyil” DEYİRLƏR – FOTO 

Hazırda oxunan: Bakının mərkəzi küçəsi İŞIQLANDIRILMIR - Aidiyyəti qurumlar isə “bizlik deyil” DEYİRLƏR – FOTO 

162748

Yasamal rayonu Salatın Əsgərova küçəsinin bir hissəsi işıqlandırılmır. Belə ki, “Nizami” metrostansiyasının arxası, Hacı Sultan Əli məscidinin yerləşdiyi küçədə işıqlandırma sistemi yoxdur.

Bu barədə Bizim.Media-ya həmin küçənin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, hava qaraldıqdan sonra küçə piyadalara və avtomobillərə təhlükə yaradır. 

Sakinlər könüllü olaraq küçəni işıqlandırmaq məqsədilə bir ucu məscidin binasına, digər ucu üzbəüz binaya bərkidilən naqilin üzərinə lampa yerləşdiriblər.

Lakin bu cəhdlər uğursuz alınıb. Çünki lampanın qoşulduğu naqil heç bir elektrik xəttinə və işıq dirəyinə bağlı deyil.

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında küçə işıqları məsələsinin onlara aid olmadığını bildirib. 

Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb. İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən isə saytımıza bildirilib ki, qurumda məsələyə münasibət bildirəcək səlahiyyətli şəxs yoxdur.

Mövzunu diqqətdə saxlayacağıq.






Günel, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO