Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

Hazırda oxunan: Tanınmış aktyor vəfat etdi

161971

“Dostlar” serialının ulduzu Metyu Perri 55 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Aktyorun meyiti oktyabrın 28-də Kaliforniyadakı evində tapılıb. Mənbələrin məlumatına görə, oktyabrın 28-də aktyorun ürəyinin dayanması ilə bağlı təcili tibbi yardım xidmətinə zəng daxil olub.

Hadisə yerində narkotik tapılmayıb. Əvvəllər Perri açıq şəkildə etiraf edib ki, serial çəkilişləri zamanı narkotik asılılığından əziyyət çəkirmiş.
Qeyd edək ki, 15 yaşında olarkən Perri aktyorluq etmək üçün Ottavadan Los-Ancelesə köçür. Bir neçə seriallarda kiçik rollarda və qonaq aktyor kimi oynayır. Daha sonra, 1994-cü ildə ABŞ sitkomu “Dostlar” serialında oynamağa başlayır. Serial olduqca uğurlu alınır və aktyorların hər birinin şöhrətini artırır.

İlk mövsümdə, baş rol ifaçıları bir seriya üçün 22,5 min dollar, üçüncü mövsümdə 75 min dollar qazanıblar, 9 və 10-cu mövsümlərdə hər bölüm üçün gəlirləri 1 milyon dollara qədər yüksəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO