Zərərçəkmiş Xaçatryanın Meşəlidə törətdiyi dəhşətli işgəncələrdən DANIŞDI – VİDEO  

Zərərçəkmiş Xaçatryanın Meşəlidə törətdiyi dəhşətli işgəncələrdən DANIŞDI – VİDEO  

Hazırda oxunan: Zərərçəkmiş Xaçatryanın Meşəlidə törətdiyi dəhşətli işgəncələrdən DANIŞDI – VİDEO  

161428

Müharibə cinayətkarı Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.  

Bizim.Media xəbər verir ki, məhkəmədə zərərçəkmiş şəxslərdən Mehralıyeva Elnarə Çərkəz qızının ifadəsi hakim Zeynal Ağayev tərəfindən oxunub.  

Buna səbəb Elnarə Mehralıyevanın məhkəmədə üzürlü səbəblərə görə iştirak etməməsidir. Elnarə Mehralıyeva ifadəsində bildirib ki, Məşəli hadisəsi zamanı o, əl və ayağından yaralanıb: 

"1991-ci ilin 23 dekabrında nənəm bizi yuxudan oyatdı. Dedilər ki, ermənilər hücuma keçib. Ermənilər hər tərəfdən evləri atəşə tuturdu. Evdən çıxmaq çətin idi. Ermənilərin hücumunun qarşısının alınması çətinləşirdi. Biz evdən çıxıb qaçmaq istəyəndə mən əlimdən və ayağımdan yaralandım. Bibim isə kürəyindən güllələndi.  

Bibim uzanıb qalmışdı, ermənilər ora yandırıcı maddə atmışdılar. Bibimin saçı yanırdı. Onu güc-bəla ilə içəri saldıq. Amma atəş dayanmırdı. Mən birtəhər çıxıb qaça bildim. Qaçan zaman məni bir erməni gördü, amma mənə atəş açmadı. Kənd camaatı onu tanıyırdı.  
Amma mən tanımırdım. Qaçan zaman bizimlə birlikdə olan kənd sakinlərinin bir neçəsini ermənilər vurub öldürdülər. Bir neçəsi də yaralandı. Biz qaçıb Qarqar çayını keçəndə buz sındı. Ayağım buz kimi suya düşdü. Bir xeyli gedəndən sonra atam Çərkəz məni tapdı. Məni belinə alıb apardı. Səhəri gün isə bibim Elmiranı Ağdamda xəstəxanaya gətirdilər". 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO