Cüdoçularımız Əbu-Dabi qran-prisində mübarizəyə BAŞLAYIR 

Cüdoçularımız Əbu-Dabi qran-prisində mübarizəyə BAŞLAYIR 

Hazırda oxunan: Cüdoçularımız Əbu-Dabi qran-prisində mübarizəyə BAŞLAYIR 

161298

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”nin birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.  

Bizim.Media xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq. Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar. 

Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar. 

Qadınlar 

48 kq 

Leyla Əliyeva – Mireya Lapuerta Komas (İspaniya) 

52 kq 

Gültac Məmmədəliyeva – Annika Vurfel (Almaniya) 

Aydan Vəliyeva – Çarne Qrisel (Cənubi Afrika Respublikası) 

57 kq 

Fidan Əlizadə – Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri) 

Kişilər 

60 kq 

Rövşən Əliyev – Ayub Bliyev (Fərdi Neytral İdmançılar) 

Əhməd Yusifov – Adel Hamada (Misir) 

66 kq 

Kəramət Hüseynov – Daiki Bouba (Fransa) 

Ruslan Paşayev – Matteo Piras (İtaliya) 

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO