7 qızıl medal qazanan gimnastlarımız Vətənə qayıtdı - FOTO

7 qızıl medal qazanan gimnastlarımız Vətənə qayıtdı - FOTO

Hazırda oxunan: 7 qızıl medal qazanan gimnastlarımız Vətənə qayıtdı - FOTO

161215

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında doqquz mükafat - yeddi qızıl və iki gümüş medal qazanıb.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətləri proqramında qızıl, temp hərəkətləri proqramında və çoxnövçülükdə gümüş medal qazanıb.

Qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli, kişi cütlüyündə çıxış edən Daniel Abbasov və Murad Rəfiyev temp və balans hərəkətləri proqramı, eləcə də çoxnövçülükdə qızıl medala layiq görülüblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 18-22-də Varnada (Bolqarıstan) akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO