Misir Qəzzaya 40 yük maşını yardım göndərəcək

Misir Qəzzaya 40 yük maşını yardım göndərəcək

Hazırda oxunan: Misir Qəzzaya 40 yük maşını yardım göndərəcək

161039

Oktyabrın 23-də Misirdən Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyacaq 40 yük maşınından ibarət karvanın göndərilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi Misirin Qəzza bölgəsi ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi humanitar yüklərin çatdırılması üçün yenidən açılacaq.
Daha əvvəl telekanal sərhəd ərazisində partlayış səslərinin eşidildiyini bildirmişdi. “Al Youm As-Sabiya” portalının məlumatına görə, İsrail Ordusu səhvən Misir sərhədi yaxınlığına atəş açıb və nəticədə avtomobillərin keçidi dayandırılıb.

Bundan əvvəl humanitar yardım daşıyan 17 yük maşınının Rəfah keçid məntəqəsindən keçdiyi bildirilirdi.

Bir gün əvvəl humanitar yardım daşıyan 20 maşından ibarət ilk avtomobil karvanı sərhəd keçid məntəqəsindən Qəzzaya daxil olub. Yüklər Fələstin tərəfindəki keçid məntəqəsində boşaldılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO