“Bu il Azərbaycanda təbii qaz hasilatı 48,7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr həcmində proqnozlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
Nazir bildirib ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş olub:
“2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40 % artımla mümkün ən yüksək səviyyəyə - 11,4 milyard kubmetrə çatdırılıb”.
P. Şahbazovun sözlərinə görə, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyənədək Türkiyə 24,3 milyard kubmetr, Avropa isə 28,7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:55 / 20.10.2023
Bu il Azərbaycan 24 milyard kubmetr təbii qaz ixrac EDƏCƏK - RƏSMİ
Hazırda oxunan: Bu il Azərbaycan 24 milyard kubmetr təbii qaz ixrac EDƏCƏK - RƏSMİ
Hazırda oxunan: Bu il Azərbaycan 24 milyard kubmetr təbii qaz ixrac EDƏCƏK - RƏSMİ
160710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.