Alla Puqaçova uşaqları ilə birlikdə İsraili TƏRK EDİR

Alla Puqaçova uşaqları ilə birlikdə İsraili TƏRK EDİR

Hazırda oxunan: Alla Puqaçova uşaqları ilə birlikdə İsraili TƏRK EDİR

160596

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraildə yaşayan Rusiyanın Xalq artisti Alla Borisovna Puqaçova Rusiya Federasiyasına qayıtmaq qərarına gəlib. 

Bizim.Media “7 gün” rus nəşrinə istinadən xəbər verir ki, sənətkarın əri Maksim Qalkinin Avropa şəhərlərinə qastrol səfərinə getməsini görən Alla uşaqları ilə atəş altında tək qalmaq istəmir. 

Bildirilir ki, son bir həftə ərzində A.Puqaçova müharibə şəraitində olan ölkədə həyatın dəhşətini dərk edib. Halbuki münaqişənin əvvəlində müğənni raket hücumlarını bomba sığınacağında oturtacağına və tezliklə hər şeyin düzələcəyinə əmin idi. 
A.Puqaçova Rusiyaya qayıtmağa hazırlaşır. Artıq müğənni çantalarını yığır və tezliklə yenidən Moskva yaxınlığındakı qalasında məskunlaşacaq. Estrada ulduzunun ailəsi ilə birlikdə yaşadığı malikanədə artıq işlər qaydasına salınır. Bu, onun və övladları - 10 yaşlı Harri və Lizanın ora qayıtması üçün edilir.

Xatırladaq ki, bir müddət əvvəl A.Puqaçovanın əri, şoumen Maksim Qalkin sosial şəbəkə hesabında ailəsi ilə birlikdə İsraili tərk etmək niyyətində olmadığını bildirərək, bunları qeyd etmişdi: 

“Alla, mən və uşaqlarımız İsrail xalqına bu işdə həqiqətən dəstək olmaq istəyirik. Fəxr edirik ki, biz indi vətənpərvərliyin şişirdilmiş, süni olmayan, yuxarıdan təlqin edilməmiş, qəlbimizin dərinliklərindən gələn məfhum olmayan belə vahid millət və dövlətlə bağlıyıq”. 

Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və iki övladı ilə bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO