Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya QALDIRILDI - FOTO 

Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya QALDIRILDI - FOTO 

Hazırda oxunan: Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya QALDIRILDI - FOTO 

160489

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb. 

Bizim.Media xəbər verir ki, mərasim turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, Azərbaycan-Nyu-York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz, Nyu-York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər. Üçrəngli bayrağımızı Azərbaycan dövlət himinin sədaları altında Nyu-York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb. 

Bölgəni ziyarət edən turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər. 

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.
Oktyabr ayının 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə türk bayrağı ilə əvəz olunacaq. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO