Şahmat yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Şahmat yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Hazırda oxunan: Şahmat yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

160429

Noyabrın 10-dan 21-dək Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib.

Kişi şahmatçılardan ibarət millinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq.
Qadın şahmatçılardan ibarət yığmaya isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO