“Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Füzuli şəhərinə köçən sakinlərlə görüşdü - FOTO
Dövlət başçısı bildirib ki, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, (Füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi – red.) xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.
Bizim.Media