Xaçatryanın azərbaycanlı əsirlərə verdiyi işgəncələr məhkəmədə ELAN OLUNDU – VİDEO 

Xaçatryanın azərbaycanlı əsirlərə verdiyi işgəncələr məhkəmədə ELAN OLUNDU – VİDEO 

Hazırda oxunan: Xaçatryanın azərbaycanlı əsirlərə verdiyi işgəncələr məhkəmədə ELAN OLUNDU – VİDEO 

160206

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törədən Vaqif Xaçatryanın verdiyi amansız işgəncələr açıqlanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında göstərilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı - FOTO/VİDEO


Vaqif Xaçatryan  1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.  

O bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döymüş, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam etmiş və üzərində olan bıçağı nümayiş etdirərək "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" sözlərini işlədib.

Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub, zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov ermeni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığına zərər vurub.

Daha sonra isə zərəçəkmişə "xayalığın, sol və sağ aşıq-baldır oynağ proyeksiyasının ve sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası" xəsarətlərini yetirib və ona qarşı "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO