“Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir”.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayaramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞIB
Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.
Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media