Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 16 nəfər xilas edilib. Həmçinin, yanğın zamanı 5 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 12.10.2023
Liftdə köməksiz qalan şəxslər belə xilas edildi – ANBAAN VİDEO
Hazırda oxunan: Liftdə köməksiz qalan şəxslər belə xilas edildi – ANBAAN VİDEO
Hazırda oxunan: Liftdə köməksiz qalan şəxslər belə xilas edildi – ANBAAN VİDEO
159509
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.