Bacısı Lalənin efirə gəlməsi Elzanı QƏZƏBLƏNDİRDİ - VİDEO

Bacısı Lalənin efirə gəlməsi Elzanı QƏZƏBLƏNDİRDİ - VİDEO

Hazırda oxunan: Bacısı Lalənin efirə gəlməsi Elzanı QƏZƏBLƏNDİRDİ - VİDEO

159345

Əməkdar artist, AYB-ın üzvü Elza Seyidcahan canlı efirdə əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, buna səbəb Elzanın qonaq olduğu “Rənagərəng səhər” verilişində canlı efirinə küsülü olduğu deyilən bacısı Lalə Seyidcahanın gəlməsi olub. 

Həmin an bəstəkar-müğənni proqramın aparıcısına “od püskürüb”: 

“Hərə özünə görə şəxsiyyətdir. Hər kəsə də çox hörmətlə yanaşıram. Sənətkarları efirinizə dəvət edirsiniz, amma mənə belə bir qonağın səninlə eyni efirdə olacağını əvvəlcədən demirsiniz. Belə də ki, burada bir şey yoxdur. Bacımdır, Allah onun canını sağ etsin. Bacım Laləni efirə elə musiqi ilə çağırdınız ki, sanki kriminal hadisəni törətmiş kimi.

Lalə xanım müəllimə insandır. Onu qorxulu musiqilərlə studiyaya gətirilməsinin axı nə mənası var? Güya ki, bura bombalar gəldi, mərmilər töküldü… Lalə bacımın gəlməsindən həyacan keçirmədim. Siz bacımı həyacanlı musiqi ilə studiyaya gətirib nə demək istəyirsiniz?  Güya burada qırğın, dava olacaq?

Siz bizdən heç də narahat olmayın. Bizim evimizdə barışıq, sülh var. Hərə öz evində sağ olsun. Çox xoşbəxtik. Sizin etdiyiniz yaxşı hərəkət deyil. Bəzəyib, düzüb, şişirdirsiniz. Olmaz belə şeylər etmək. Siz bizə görə heç də narahat olmayın.
Əgər bizə görə narahatsınızsa, çıxardın hərəmizə bir “paçka” dollar verin. Bizim problemimiz var. Mən də deyim ki, bizə görə bunlar narahatdırlar. Ya da çıxarın, hərəmizə 10 min dollar verin”. 

Gərginliyin artdığını görən proqramın aparıcısı Lalədən bacısı Elzanı qucaqlayıb, öpməsini istəyib. Lalə aparıcının sözünə əməl etsə də, bacılar arasında soyuqluq kameralara yansıyıb.

Proqramın gedişatında Elza ayağa qalxıb mahnı oxusa da, bacısı Laləyə diqqət ayırmayıb, hətta onun tərəfinə belə baxmayıb.

Qeyd edək ki, Lalə Seyidcahan efirlərə çıxaraq bacısı Elza ilə 8 ildir küsülü olduğunu açıqlayıb. Bacılar bir necə ay əvvəl anası Seyidcahan Əhmədovanın ad günündə bir araya gələrək barışıblar.  

Verilişin canlı efirinə yayımlanan həmin o kadrları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO