Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sabah bu ərazilərdə qaz olmayacaq

158542

Sabah saat 08:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü km-lər arası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi, saat 09:00-dan yeni çəkilmiş “Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin “İvanovka” QPS-də qızdırıcı sobanın giriş və çıxış xətləri üzərində quraşdırılmış istismara yararsız və tənzimləyici qovşağın girişində kranların dəyişdirilməsi ilə əlaqədar “Xocasən”, “Alatava”, “Sulu-Təpə”, “Horadiz” və “İvanovka” QPS-lərdən, “Fərəh MMC” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Təmir işləri aparılan müddətdə Füzuli (şəhəri daxil olmaqla), İsmayıllı eləcə də paytaxtın Yasamal, Nəsimi, Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO