Onları niyə efirdə görmək olmur - Namiq Qaraçuxurlu, Xatirə İslam və...

Onları niyə efirdə görmək olmur - Namiq Qaraçuxurlu, Xatirə İslam və...

Hazırda oxunan: Onları niyə efirdə görmək olmur - Namiq Qaraçuxurlu, Xatirə İslam və...

15847

Pandemiya ərəfəsində verilişlərə dəfələrlə qonaq gedən sənət adamları kimi, kənara çəkilənlər də oldu. Onlar heç bir dəvəti qəbul etməyib, evdə oturmağa üstünlük veriblər.

Bizim.Media xəbər verir ki, müğənni Natavan Həbibi bir ildən çoxdur ki, efirə çıxmır.

Sənətçi son vaxtlar sosial şəbəkədə də yeni görüntülərini paylaşmır. O, ancaq övladının videolarını izləyiciləri ilə bölüşür.

Müğənni Xatirə İslam da pandemiya ərəfəsində efirlərə çıxmayıb. İfaçı bu ərəfədə yeni mahnı, klip hazırlayıb. Son günlər isə sənətçi televiziya rəhbərlərindən verilişlərə getmək üçün qonorar istəyib. Əməkdar artist Nüşabə Ələsgərli də pandemiya ərəfəsində gündəmdən uzaqlaşıb.

Müğənni bir neçə gün əvvəl açıqlamasında bildirib ki, virusdan qorxub depressiyaya düşüb.

Meyxanaçı Namiq Qaraçuxurlu da uzun müddətdir efirdən uzaqlaşıb. Sənətçi pandemiya proqramlara qatılsa da, sonrada fasilə verdiyini açıqlayıb. O bildirib ki, şəhidlərə və qazilərə görə bir müddət yaradıcılığına ara vərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO