Fransa diplomatiyasının İFLASI – Azərbaycan Qranada görüşündən niyə İMTİNA ETDİ? 

Fransa diplomatiyasının İFLASI – Azərbaycan Qranada görüşündən niyə İMTİNA ETDİ? 

Hazırda oxunan: Fransa diplomatiyasının İFLASI – Azərbaycan Qranada görüşündən niyə İMTİNA ETDİ? 

158465

Xəbər verdiyimiz kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Qeyd edək ki, Azərbaycan bu görüşdə Türkiyənin də iştirakını təklif edib.Lakin buna imkan verilməyib. Ona görə də Azərbaycan tərəfi regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görməyib.

Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Bununla belə, o da bildirilir ki, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakının Qranada görüşündən imtina səbəblərini Fransanın və Aİ-nin tutduğu ermənipərəst mövqe ilə əlaqələndirib:

“Azərbaycan Fransa, Almaniya və Aİ Şurasının sədri Şarl Mişelin son zamanlar anti-Azərbaycan bəyanatları ilə çıxış etmələrini nəzərə alaraq, İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə Türkiyə liderinin də iştirakını təklif edib.

Çünki əks təqdirdə, belə bir təəssürat yaranacaqdı ki, Azərbaycan nəticəsi əvvəldən bəlli olan bir görüşdə iştiraka razılıq verir. Avropa liderləri Türkiyə tərəfinin də iştirakına razılıq vermədiyinə görə, Bakı həmin görüşdə iştirakdan imtina etdi. Azərbaycan açıq şəkildə bildirdi ki, özünə qarşı əvvəldən planlaşdırlılan tədbirdə iştirak etməyəcək.
Maraqlısı odur ki, Bakının imtinasından bir gün sonra Almaniya kansleri Azərbaycan Prezidentinə zəng edir. Mümkündür ki, zəng zamanı Qranada görüşü məsələsi də müzakirə edilib. Almaniya kanslerinin bu zəngi Azərbaycanın dünya siyasətində oynadığı böyük rolu, yüksək nüfuzunu, tək region deyil, bir çox digər məsələlərdə də ölkəmizin mövqeyinin əhəmiyyətli olduğunu göstərir.

Azərbaycan bir daha göstərdi ki, özünün suverenlik, ərazi bütövlüyü məsələsini heç kimə güzəştə getmək fikrində deyil. Bakı heç zaman şərt əsasında sülh müqaviləsi imzalamayacaq”.

Deputat qeyd edir ki, Azərbaycan üçün görüşün hansı ölkə paytaxtı və hansı formatda keçirilməsinin heç bir fərqi yoxdur. Əsas olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasıdır:

“Bunu gələcək göstərəcək. Bu nə sonuncu, nə də yeganə alternativsiz variant deyil. Yəqin ki, başqa variantlar, görüşlər olacaq. Bunun üçün diplomatik əlaqələr saxlanılır, ortaya təkliflər qoyulur.

Danışıqların olması, sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana lazımdır. Azərbaycan üçün hansı ölkədə və hansı formatda görüş keçirilməsinin fərqi yoxdur. Əsas odur ki, ərazi bütövlüyü və suverenliyimizə hörmətlə yanaşılsın”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO