Səfirliyimizin qarşısındakı erməni təxribatında 25 Livan polisi xəsarət alıb

Səfirliyimizin qarşısındakı erməni təxribatında 25 Livan polisi xəsarət alıb

Hazırda oxunan: Səfirliyimizin qarşısındakı erməni təxribatında 25 Livan polisi xəsarət alıb

157649

Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb.

Bizim.Media bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib.

Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub.Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO