Lokal antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən ərazilərdə kommunal xidmətlər ölkəmiz tərəfindən həyata keçiriləcək. Xankəndi şəhərinə Azərbaycan tərəfindən elektrik enerjisinin verilməsi bu istiqamətdə atılan addımlardan biridir.
Bizim.Media xəbər verir ki, bunu Xəzər televiziyasına millət vəkili Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə kommunal xidmətlərin tam qaydasına düşməsi üçün zamana ehtiyac var. Çünki əvvəlcə reinteqrasiya prosesinin yekunlaşmasını gözləmək lazımdır.
Naqif Həmzəyev qeyd edib ki, illər sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdə aidiyyatı qurumlar tərəfindən kommunal təsərrüfat sahələri dərindən öyrənilməlidir. Köhnə üsulla qurulan şəbəkənin Azərbaycan şəbəkəsinə inteqrasiya olunması üçün sistemli iş görülməlidir.
Millət vəkili həmin yerlərdə kommunnal ödənişlərin hansı pul vahidi ilə ediləcəyi məsələsinə də aydınlıq gətirib.
O, sözügedən ərazilərdən Ermənistan bank sistemi çıxarılacaq, ödənişlər üçün yerli bankaların ofisləri açılacaq.
Daha ətraflı videomaterialda:
Bizim.Media