Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb

Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb

Hazırda oxunan: Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb

156845

Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb. 

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib.

Lakin SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb. 

Vardanyanın qadın geyimi seçməsi təsadüf deyil. Hiyləgər separatçı çox gözəl bilir ki, Azərbaycan əsgəri mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərir.
Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının da zərgər dəqiqliyi ilə işlədiyindən xəbərdardır. Buna görə də qadın paltarı ilə qaçmaq niyyətinin puça çıxacağını, gec də olsa, anlayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO