Sığorta yığımlarında KƏSKİN ARTIM – Səbəb nədir? 

Sığorta yığımlarında KƏSKİN ARTIM – Səbəb nədir? 

Hazırda oxunan: Sığorta yığımlarında KƏSKİN ARTIM – Səbəb nədir? 

156618

“Mərkəzi Bankın açıqladığı son hesabata əsasən, yanvar-avqust ayları ərzində sığorta şirkətləri tərəfindən ötən illə müqayisədə 29 faiz daha çox sığorta haqları yığılıb. Ödənişlərin həcmində isə artım 21 faizdən çox olub”.  

Bu məlumatı Bizim.Media-ya açıqlayan sığorta üzrə ekspert İlkin İbrahimov, bunu müsbət tendensiya kimi xarakterizə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin icbari sığorta PROBLEMİ – Bəzi şirkətlər niyə ödənişi VAXTINDA ETMİRLƏR?


Onun sözlərinə görə, hər il sığorta yığımları və ödənişləri dinamik şəkildə artmaqdadır: 

“Bu da sektorun inkişaf etdiyini göstərir. Tendensiyanın artımı özünü əsasən “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası”nda göstərir.  

Bu da ötən il “Baus-Maus” sisteminin tətbiqi, sığorta haqlarının faktiki artımı fonunda baş verir.

Sığorta yığımları ilə bağlı müsbət tendensiya özünü “Həyatın yaşam sığortası”nda daha çox göstərir. Bu da yaxşı haldır. Ona görə ki, vətəndaşlar bu sahə ilə maraqlanmağa başlayıblar və bu, cari ildə ümumi bazarın hərəkətverici qüvvəsinə çevrilməkdədir”.  

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO