Paşinyandan hiyləgər GEDİŞ – Qarabağdan qovulan muzdluları Ermənistanda NƏ GÖZLƏYİR?

Paşinyandan hiyləgər GEDİŞ – Qarabağdan qovulan muzdluları Ermənistanda NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Paşinyandan hiyləgər GEDİŞ – Qarabağdan qovulan muzdluları Ermənistanda NƏ GÖZLƏYİR?

156617

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, münaqişəyə məruz qalan Qarabağ regionundan 40 min sakinin Ermənistanda yerləşdirilməsinə hazırlıq başlayıb: 

“Biz müəyyən işlər görmüşük və hazırda Ermənistanda 40 min yer hazırlanıb". 

Bəs, bu 40 min erməni kimdir? 

Xatırladaq ki, son 35 ildə dünyanın müxtəlif ünvanlarından Qarabağ ərazisinə minlərlə erməni ailəsi köçürlülb. Və həmin ermənilər uzun illər Azərbaycanın maddi və mənəvi sərvətlərini talan edib. Ən əsası bu ermənilərin ikili vətəndaşlığı var. Onlar əsasən Suriya, Livan erməniləridir.  
Son illərdə Rusiya vətəndaşlığı olan xeyli sayda erməni də Qarabağa köçürülmüşdü.

Lakin, 44 günlük müharibə zamanı gəlmə ermənilərin böyük bir hissəsi Qarabağı tərk edib. Təkcə son bir ayda Qarabağı 7 min erməni tərk edib. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, yalnız 1989-cu ilə qədər Qarabağda pasport qeydiyyatı olan və heç bir hərbi cinayətdə əli olmayan ermənilər qalıb yaşaya bilər. 
Məhz bu bəyanatlardan sonra 44 günlük müharibə zamanı Qarabağdan qaçan ermənilərin böyük hissəsi bir daha Azərbaycan torpaqlarına qayıtmamaq qərarına gəldilər. Eyni zamanda, sonrakı proseslərdə də xeyli sayda ikili vətəndaşlığı olan ermənilər Xankəndini tərk edib. Və bu ermənilər rəsmi İrəvandan aldanışlarının əvəzində kompensasiya tələb edirlər.  

Digər tərəfdən, Paşinyan hökuməti yaxşı bilir ki, Qarabağdan qaçan xarici əsilli ermənilərin əksəriyyəti revanşist təfəkkürlüdür və ona qarşı müxalif mövqedə dayanacaqlar.  

Ona görə də Ermənistan höküməti vəziyyətin gərginləşməməsi üçün ilkin mərhələdə 40 min erməni üçün şəhərcik salmağa qərar verib. Bu layihənin maliyyə dəstəkçisi isə Aİ-dir. 

Xatırladaq ki, son araşdırmalar göstərir ki, hazırda Qarabağda 25 minə yaxın erməni yaşayır. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO