Azərbaycana payız GƏLDİ

Azərbaycana payız GƏLDİ

Hazırda oxunan: Azərbaycana payız GƏLDİ

156586

Azərbaycana payız fəsli qədəm qoydu. 

Bizim.Media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Bildirilib ki, payız fəsli Azərbaycana bu gün saat 10:49-da daxil olub.  

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb. Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq. 
Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO