Sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya məlumat verilib.
Məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:14 / 22.09.2023
Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Hazırda oxunan: Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Hazırda oxunan: Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
156527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.