2023-cü ilin 5-12 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak etmiş, onlardan 246 nəfər tələb olunan keçid balını toplamış, 147 nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul edilmişdir. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.
Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər. Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: //bit.ly/46ng9Ft
Bizim.Media
![Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI](https://bizim.media/file/articles/2023/09/21/1695310531_20842084_1457758677625596_2352176484263613748_n.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 21.09.2023
Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI
Hazırda oxunan: Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI
Hazırda oxunan: Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI
156376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.