Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək - İtaliyalı tədqiqatçı

Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək - İtaliyalı tədqiqatçı

Hazırda oxunan: Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək - İtaliyalı tədqiqatçı

156361

Azərbaycan Qarabağın erməni sakinlərinin mülki və siyasi hüquqlarla dinc yaşamasını təmin edəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli deyib.

“Bu gün Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib. Hesab edirəm ki, Qarabağın Azərbaycanın bir hissəsi olması faktı qəbul edilmiş və müzakirəyə açıq olmayan məsələdir.

Hətta Ermənistanın baş naziri Paşinyan da bu reallığı etiraf edib. Hazırda əsas məsələ Qarabağın erməni sakinlərinin taleyidir. Azərbaycan vətəndaşları tam hüquqlara malikdir və mədəni muxtariyyətlərini qoruyurlar. Azərbaycan multikulturalizmi ilə fəxr edən ölkədir və düşünürəm ki, buna uyğun hərəkət edəcək”, - deyə professor vurğulayıb.

İtaliyalı tədqiqatçı bildirib ki, hadisələrin bu formada cərəyan etməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmaları, onların evlərinə, mülklərinə, məktəblərinə, abidələrinə və digərlərinə qovuşması deməkdir.

Bu, həmçinin Qarabağın erməni sakinlərinin tam mədəni muxtariyyət, mülki və siyasi hüquqlarla dinc yaşaya bilmələrinə şərait yaradacaq. Eyni zamanda, Qərblə qarşılıqlı əlaqə sayəsində regionun Avropaya inteqrasiyası mümkün olacaq. Mənim arzuladığım və görmək istədiyim Qarabağ məhz budur.

“Mən hadisələri elmi qiymətləndirməyə alışmışam. Qərbdə bir çox müşahidəçilər Azərbaycanı ermənilərə “təcavüz” etdiyinə görə qınayır və hətta Azərbaycanı Rusiya ilə müqayisə edirlər. Həqiqət isə tam əksinədir. Ermənilər hələ 1993-cü ildən işğalçılıq siyasəti yürüdüblər.
Azərbaycan isə bu müddət ərzində beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq üçün mübarizə aparıb. Şəxsən mən ikili standarta dözə bilmirəm və bu, öhdəsindən gəlməli olduğumuz mühüm məsələdir”, - deyə Daniel Pommier Vinçelli qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO