Fransa mədəniyyət naziri Rozelin Başlo koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, nazir 74 yaşlı tanınmış fransız müğənnisi Mişel Sarduya “Şərəf Legionu” ordeninin komandor dərəcəsinin təqdimatı mərasimində iştirak edib.
Mədəniyyət nazirində nəfəs problemləri yarandığı üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir koronavirusa yoluxdu
Qeyd edilib ki, nazir iştirak etdiyi təqdimat mərasimində koronavirusla bağlı məhdudiyyət qaydalarına riayət etməyib. Beləliklə, mərasimdə iştirak edənlərin yoluxma ilə kontaktda olduğu bildirilir.
Həmçinin, nazir həftə ərzində bəzi incəsənət xadimləri və nümayəndələri ilə görüşdüyü də diqqətə çatdırılıb. Nazirin məhdudiyyət qaydalarına zidd davranışı polemika yaradıb.
Qeyd edək ki, Fransa əmək və məşğulluq naziri Elizabet Born da koronavirusdan müalicə olunur.
Bizim.Media