Sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı, şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ilə görüşüb.
Bu barədə Bizim.Media-ya SOCAR-dan məlumat verilib.
Bildirilib ki, görüşdə BP-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Tərəflər enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:23 / 21.09.2023
SOCAR ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlıq mövcuddur - FOTO
Hazırda oxunan: SOCAR ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlıq mövcuddur - FOTO
Hazırda oxunan: SOCAR ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlıq mövcuddur - FOTO
156233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.