Kübra Əliyeva: “Emil Rəhmanoğlunun böyrəklərində ciddi problemlər olub” – ÖZƏL 

Kübra Əliyeva: “Emil Rəhmanoğlunun böyrəklərində ciddi problemlər olub” – ÖZƏL 

Hazırda oxunan: Kübra Əliyeva: “Emil Rəhmanoğlunun böyrəklərində ciddi problemlər olub” – ÖZƏL 

156103

“Sonuncu dəfə həmkarım Rəhman Rəhmanovla önəmli işlə bağlı sentyabrın 9-da danışmışdım. O vaxt isə Rəhman oğlu Emilin evində idi. Emilin qızının doğum günü idi. Təbrik etdim və dedim ki, oğlunun səsinin vurğunuyam. Rəhman isə bu anda telefonun səsini yüksəyə qoydu ki, söylədiyim bu xoş sözləri oğlu da eşidib sevinsin. Emil bu sözlərimə görə, kövrələrək mənə təşəkkürünü bildirdi. Bu gün onun vəfat etdiyini eşidəndə şoka düşdüm”. 

Bu sözləri Əməkdar artist Kübra Əliyeva ötən gün qəfil dünyasını dəyişən Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu ilə vida mərasimində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

73 yaşlı sənətkar 44 yaşlı mərhumun böyrəklərində ciddi problemlər olduğunu bildirib: 

“Oğlu Emilin dünyasını dəyişdiyini biləndə dərhal Rəhmana zəng vurub soruşdum ki, bəlkə onun hansısa xəstəliyi olub? Amma and içdi ki, sağlam olub. Hətta bir müddət əvvəl o, müalicə alıb. Bilirsiniz ki, Emilin pis vərdişi vardı.

O, pis vərdişdən uzaq olmaq üçün mütəmadi müalicələr alırdı və sağalmışdı. Amma təəssüflər olsun ki, böyrəklərində ciddi problemlər vardı. Bir sözlə, iş-işdən keçib. Sözün bitdiyi andır. Allah Emilə rəhmət eləsin. Onun valideynlərinə isə Allah səbr versin”. 

Mərhumun pis vərdişlərinin olduğunu söyləyən K.Əliyeva müsahibəsinin sonunda gəncləri xoşagəlməz əməllərdən çəkinməyi məsləhət görüb: 

“İki əlim, bir ağzım var. Sizin redaksiyanız vasitəsi ilə gənclərə üzümü tutub deyirəm ki, bu pis vərdişlərdən uzaq olmağa çalışın. Amanın günüdür. Axırı bax, belə çox dəhşətli və qorxulu olur. Valideynlərinizə yazığınız gəlsin. Özünüzü qoruyun, əziz gənclər”. 
Qeyd edək ki, E.Rəhmanoğlunun ölümünə səbəb damar tıxanıqlığı olub. R. Rəhmanın digər oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO