Rəhman Rəhmanov:

Rəhman Rəhmanov: "Oğlum iki ay əvvəl bura qardaşının məzarını ziyarətə gəlmişdi" - ÖZƏL

Hazırda oxunan: Rəhman Rəhmanov: "Oğlum iki ay əvvəl bura qardaşının məzarını ziyarətə gəlmişdi" - ÖZƏL

155961

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu səhər saatlarında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qəfil dünyasını dəyişib.

Damar tıxanıqlığından vəfat edən ifaçının nəşi dəfn olunması üçün Biləcəri ərazisində yerləşən məzarlığa gətirilib.

Emilin atası Rəhman Rəhmanov Bizim.Media-nın əməkdaşı ilə söhbətində kövrələrək oğlu ilə bağlı xatirələrini dilə gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

Rəhman Rəhmanovun müğənni oğlu Emil dünyasını dəyişdi - ÖZƏL


"Emil iki ay əvvəl qardaşı İlhamın məzarını ziyarət etmək üçün bura qəbristanlığa gəldi. Dedi ki, buraları təmizləyib, düzəltmək lazımdır. İndi isə onun özünü biz burada torpağa basdırdıq. Bu da gismət...".

Emil 19 il əvvəl dünyasını dəyişən qardaşı İlham Rəhmanoğlunun yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!











Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO