Xaçmazda çökən körpü kənd təsərrüfatı məhsullarını BAHALAŞDIRDI - FOTO  

Xaçmazda çökən körpü kənd təsərrüfatı məhsullarını BAHALAŞDIRDI - FOTO  

Hazırda oxunan: Xaçmazda çökən körpü kənd təsərrüfatı məhsullarını BAHALAŞDIRDI - FOTO  

155443

Paytaxt bazarlarında kənd təsərrüfatı məhsulları kəskin bahalaşıb. Xüsusilə meyvə-tərəvəzin qiymətində əvvəlki günlərlə müqayisədə bir neçə dəfə artım müşahidə olunub. 

Bəzi satış mərkəzlərində müşahidə aparan Bizim.Media-nın əməkdaşı satıcılardan bahalaşmanın səbəbini öyrənib.

Qəribə də olsa, satıcılar qiymət artımını ötən gün Xaçmazda təbii fəlakət nəticəsində çökmüş körpü ilə əlaqələndiriblər. Qarşıdakı günlərdə məhsul qıtlığının olacağı ehtimalını irəli sürən satıcılar qiymətləri kəllə-çarxa qaldırıblar. Xüsusilə pomidor və xiyarın qiymətlərində kəskin fərq olub.

Belə ki, pomidor 1 manat 50 – 1 manat 60 qəpik, xiyar isə 1 manat 20- 1 mnat 30 qəpiyə təklif olunub. Digər məhsullar, bibər, badımcan, soğan, kartof, göy-göyərti və meyvələrin qiyməti də artıb. Bu isə alıcıların ciddi narazılığına və narahatlığına səbəb olub.

Satıcılar onu da əlavə ediblər ki, əsas artım şokları oktyabrın sonlarından başlayacaq. Bu dövrdə dünya bazarında da qiymətlərin bahalaşması gözlənilir.

Meyvə, əsasən də tərəvəz mövsümü başa çatacaq. Tərəvəz məhsulu sona çatandan sonra  yenidən kənd təsərrüfatı, eləcə də süd və ət məhsullarının qiymətində artım müşahidə ediləcək.



Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO