Qəzada həyatını itirən hərbçimizlə VİDA MƏRASİMİ – FOTO/VİDEO 

Qəzada həyatını itirən hərbçimizlə VİDA MƏRASİMİ – FOTO/VİDEO 

Hazırda oxunan: Qəzada həyatını itirən hərbçimizlə VİDA MƏRASİMİ – FOTO/VİDEO 

155108

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, həlak olan hərbçimiz Taleh Saleh oğlu Əliyevin nəşi onun böyüyüb boya başa çatdığı Zərdabın Gödəkqobu kəndinə gətirilib.

Hazırda mərhumla vida mərasimi keçirilir. 

Qeyd edək ki, vida mərasimində Zərdab rayon rəsmiləri və bir sıra ictimaiyyət nümayəndələri də iştirak edirlər. Vida mərasimindən dərhal sonra onu mərhumun Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılması nəzərdə tutulur.  

Məlumat üçün bildirək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət edirdi. Taleh ailəli idi, iki qız övladı yadigar qaldı. 












Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO