İngiltərəli müdafiəçi 5 ay müddətinə futboldan uzaqlaşdırıldı

İngiltərəli müdafiəçi 5 ay müddətinə futboldan uzaqlaşdırıldı

Hazırda oxunan: İngiltərəli müdafiəçi 5 ay müddətinə futboldan uzaqlaşdırıldı

155072

İngiltərə Futbol Assosiasiyası "Nottinqem Forest"in müdafiəçisi Harri Toffolonun 5 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb. 

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub. 

28 yaşlı futbolçu 375 dəfə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib.

Bildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterhem” və “Peterboro” klublarında çıxış edib. İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə, 21 min funt sterlinq də cərimələnib. 
Toffolo 2022-ci ilin iyulundan "Nottinqem Forest"də çıxış edir. O, 2023/24 mövsümündə bir matçda iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO