Cari ilin II rübündə kredit standartları üzrə ciddi dəyişikliklər müşahidə olunub.
Bizim.Media Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, biznes, istehlak və ipoteka kreditləri üzrə müsbət dəyişkliklər baş verib.
Belə ki, bu göstərici biznes üzrə 8 faiz, istehlak üzrə 4 faiz, ipoteka üzrə isə 10 faiz təşkil edib. Bu da onu göstərir ki, ən çox tələbat ipoteka kreditləşməsindədir.
Cari rübdə biznes sahəsinə daxil olan mikro-kreditlərə tələb 10 faiz, KOS üzrə 8 faizlik müsbət göstərici qeydə alınıb. Ancaq iri sahibkarlığa ayrılan kreditlər üzrə heç bir dəyişiklik baş verməyib. Daxili ipoteka üzrə 2 faizlik müsbət nəticə olsa da, İKZF kreditləşməsi üzrə bu, -2 faiz təşkil edib.
Avtomobil kreditləri üçün 2 faizlik, kartlar üzrə 6 faizlik, əmək haqları üzrə kreditləşmədə isə 2 faizlik müsbət addımlar nəzərə çarpır. Amma məişət məqsədilə ayrılan kreditlərdə -6 faizlik göstərici var.
Bankların II rübdə kredit standartları üzrə gözləntilərində də elə ciddi dəyişiklik yoxdur. Sadəcə iri sahibkarlara ayrılan kreditlər üzrə proqnozlarda -6 faizlik nəticə var. Bu da ondan irəli gəlir ki, bəzi kommersiya bankları artıq bu sahəyə maliyyə ayırmaqda maraqlı deyillər.
Hazırda biznes üzrə gözlənti 2 faiz, ipoteka üzrə 6 faiz, istehlak üzrə isə 4 faiz üzərindədir. Biznes sahəsi üzrə ən yüksək gözlənti 8 faiz təşkil edib. KOS üzrə isə bu, 4 faizdir. Amma sahibkarlıq banklar heç bir proqnoz verməyiblər və -2 faizlik nəticə qeydə alınıb.
Bankları istehlak üzrə proqnozları da müsbət istiqamətlidir. Belə ki, əmək haqları üzrə 4 faiz, avto-kreditlər üzrə gözləntilər 6 faiz, kartlar üzrə 9 faiz təşkil edir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:47 / 11.09.2023
Banklar iri sahibkarlara kredit ayırmaqdan niyə imtina edir? – RƏSMİ HESABAT
Hazırda oxunan: Banklar iri sahibkarlara kredit ayırmaqdan niyə imtina edir? – RƏSMİ HESABAT
Hazırda oxunan: Banklar iri sahibkarlara kredit ayırmaqdan niyə imtina edir? – RƏSMİ HESABAT
154684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.