G20-yə yeni üzv QƏBUL EDİLDİ

G20-yə yeni üzv QƏBUL EDİLDİ

Hazırda oxunan: G20-yə yeni üzv QƏBUL EDİLDİ

154385

Nyu-Dehli sammitində Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün sammitin açılışında çıxış edən Hindistanın baş naziri Narendra Modi elan edib.

55 üzv dövlətin kontinental təşkilatı olan Afrika İttifaqı indi Avropa İttifaqı ilə eyni - tam üzvlüyə malik yeganə regional blok statusuna malikdir. İttifaqın əvvəlki statusu "dəvət olunmuş beynəlxalq təşkilat" idi.
Qeyd edək ki, G20-yə daha əvvəl 19 ölkə və Avropa İttifaqı daxil idi, üzvlər qlobal ÜDM-in təxminən 85%-ni, qlobal ticarətin 75%-dən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edirdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO