Sahib Məmmədov: \

Sahib Məmmədov: \"Orta Dəhliz Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizinə çevrilir\"

Hazırda oxunan: Sahib Məmmədov: \"Orta Dəhliz Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizinə çevrilir\"

153671

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sentyabrın 4-də Pekində CIFTIS sərgisi çərçivəsində təşkil olunan “Summit Forum on China’s International Economic Cooperation - Going Global” tədbirində çıxışı zamanı deyib. 

Onun sözlərində görə, Orta Dəhliz yalnız ölkələrimiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliyyat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. 

Qeyd edilib ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşıb. 

"Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır", - naziri müavini qeyd edib. 

S. Məmmədov bildirib ki, qlobal iqtisadi böhran nəticəsində tədarük zəncirlərindəki çətinliklərə və digər uğursuzluqlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2022-ci ildə Azərbaycanda real ÜDM-də 4,6 %, qeyri-neft ÜDM-də isə təsirli 9,1 % artım müşahidə olunub.
1995-ci ildən 2022-ci ilə qədər ölkəmizə 320 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investisiyalardır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO