İƏT nümayəndə heyəti Gəncədə erməni vəhşiliyi ilə tanış oldular - FOTO

İƏT nümayəndə heyəti Gəncədə erməni vəhşiliyi ilə tanış oldular - FOTO

Hazırda oxunan: İƏT nümayəndə heyəti Gəncədə erməni vəhşiliyi ilə tanış oldular - FOTO

153562

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfər edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.

Qonaqlar müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumatlar verilib.

Qonaqların diqqətinə çatdırılıb ki, 11.10.2020-ci il tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.
Bildirilib ki, 2020-ci ilin oktyabrın 4-dən başlayaraq 17-ə qədər ermənilər 5 dəfə terror aktları törədilib. Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə" Ziyarətgah Kompleksində monitorinq aparıblar.

















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO