Yeni yol qovşağı istifadəyə verildi - Daha bu ərazidə tıxac olmayacaq - FOTO

Yeni yol qovşağı istifadəyə verildi - Daha bu ərazidə tıxac olmayacaq - FOTO

Hazırda oxunan: Yeni yol qovşağı istifadəyə verildi - Daha bu ərazidə tıxac olmayacaq - FOTO

15257

Martın 19-da  Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırılması məqsədilə inşa edilən yeni yol qovşağı istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, qovşaq 2 yol ötürücüsündən ibarətdir.

Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək.

Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO