“Putin nəhayət ki, Baydenə layiq olduğu cavabı verdi. Putin, qərar verib ki, Baydenlə uşaq dilində danışmaq lazımdır. Onun fikrincə, hazırda Bayden uşaqlıq dövrünü yaşayır və demensiyadan (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin itirilməsi) əziyyət çəkir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov prezident Vladimir Putinin Baydenə verdiyi cavabı şərh edərkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı politoloq müharibə anonsu verdi: “Bayden istədiyini alacaq”
“Bundan başqa Putin Baydenə sağlamlıq arzulayıb. Bu sözlərlə o, Baydendən fərqli olaraq tam sağlam və pozitiv insan olduğunu bildirib. Həm də Kremlin başçısı düşünür ki, Bayden xəstədir və xəstə insanlardan da inciməzlər”.
Sonda politoloq qeyd edib ki, bütün dünya Baydenin demensiya pozğunluğundan əziyyət çəkdiyini bilir.
“Hazırda bu titrəyən əl nüvə düyməsinin üzərindədir. Bütün dünya isə qorxu içində bu mənzərəni seyr edir”,- deyə o, sözlərini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media