Qəbələdə iki gündə xəstəxanaya müraciət edənlərin SAYI 

Qəbələdə iki gündə xəstəxanaya müraciət edənlərin SAYI 

Hazırda oxunan: Qəbələdə iki gündə xəstəxanaya müraciət edənlərin SAYI 

152398

Qəbələ Mərkəzi Rayon Xəstəxanasına iki gündə 350 müraciət daxil olub. Qəbələ ölkəmizin əsas turizm mərkəzlərindən biri olduğu üçün xüsusilə isti yay aylarında yerli və xarici turistlər bu rayona daha çox üz tutur. 

Bizim.Media-nın yerli bürosu Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, Qəbələyə istirahətə gələnlər sırasında xəstəxanaya müraciət sayı da kifayət qədər artıb. 

Belə ki, iki gün ərzində "Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili Yardım şöbəsinə 350 vətəndaş müraciəti daxil olub. Onlardan 18 nəfər travmalı xəstələr, 108 nəfər pediatrik xəstələr, 224 nəfər isə ishal, yüksək temperatur, allergiya, yüksək təzyiq və müxtəlif xəstəliklərlə müraciət edib.  
Onu da qeyd edək ki, bu tarixlərdə Təcili Təxirə Salınmaz Tibbi Yardım şöbəsinə 51 çağrış daxil olub. Xəstəxanadan o da bildirilib ki, bütün müraciətlər yerində və vaxtında təcrübəli həkimlər tərəfindən həllini tapıb, vətəndaşlara müayinə və müalicələr təyin edilib. Ölüm halı qeydə alınmayıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO