İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

151842

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən bildirilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO