Bakıda 15 milyon manata villa satışa çıxarılıb - VİDEO

Bakıda 15 milyon manata villa satışa çıxarılıb - VİDEO

Hazırda oxunan: Bakıda 15 milyon manata villa satışa çıxarılıb - VİDEO

151645

Bakıda villa əmlak saytlarının birində 15 milyon manata satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, Tbilisi prospektinin yaxınlığında yerləşən mülkün 36 sot həyətyanı sahəsi mövcuddur. Satışa çıxarılan villanın ümumilikdə 10 otağı, böyük hovuzu, ofis və böyük zalı var.

Mövzuya əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə münasibət bildirib.

Onun sözlərinə görə, bu kimi tikililər əsasən torpaq sahəsinə görə baha qiymətə satılır.

Ekspert deyir ki, villanın sahəsinin 36 sot olduğunu nəzərə alsaq, mülkün ümumi dəyərinin təxminən yarısı torpaq sahəsinin payına düşür.

Ramil Qasımzadə bildirib ki, Bakıda bahalı torpaq sahələri Nəsimi, Nərimanov və Səbail rayonlarında yerləşir.

Bu rayonlarda torpağın 1 sotu 300- 650 min manat arasında dəyişir.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO