Paşinyan məhkəməyə və Qasparyana cavab verdi: “Baş Qərargah rəisi vəzifəsindən azad edilib”

Paşinyan məhkəməyə və Qasparyana cavab verdi: “Baş Qərargah rəisi vəzifəsindən azad edilib”

Hazırda oxunan: Paşinyan məhkəməyə və Qasparyana cavab verdi: “Baş Qərargah rəisi vəzifəsindən azad edilib”

15124

Ermənistan hökuməti Baş Qərargah rəisi Onik Qasparyanın işi ilə bağlı məhkəmə qərarına münasibət bildirib. Paşinyan Qasparyanın vəzifəsindən azad edildiyini bir daha elan edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, bundan əvvəl İnzibati Məhkəmə müvafiq inzibati akt olmadığı üçün Qasparyanın vəzifəsindən azad edildiyi haqda qərarı ləğv etmişdi.

 

MÖVZU İLƏ BAĞLI:

Məhkəmə Paşinyanın qərarını rədd etdi - Qasparyan vəzifədə qalır


Qasparyanın vəkili Artur Ovannisyan mövzu ilə bağlı izah edib ki, məhkəmə generalın vəzifədən çıxarılması ilə əlaqəli vəsatəti təmin edərsə, Qasparyan məhkəmənin qəti qərarınadək vəzifəsinə bərpa ediləcək.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah hökumətin istefasını tələb edib. Ərizə 40-a yaxın yüksək rütbəli zabit tərəfindən imzalanıb. Baş nazir Nikol Paşinyan bunu çevriliş cəhdi adlandırıb və dərhal Qasparyanın vəzifəsindən azad edilməsi qərarına imza atıb.

Prezident isə onun göndərdiyi vəsatəti qəbul etməyib və geri qaytarıb. 10 martda o, Qasparyanın istefaya göndərildiyinin konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Eyni zamanda, mövcud qanunvericilik əsasında baş nazirin 9 mart qərarı avtomatik olaraq qüvvəyə minib. 

Prezidentin Konstitusiya Məhkəməsinə müraciətinə baxılması bir ay çəkə bilər. Eyni zamanda, Qasparyan Baş nazirin qərarına İnzibati Məhkəmədə etiraz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO